BCOP — EST. 2025
Fotoqrafiya çəkmək üçün demək olar ki, heç nə lazım deyil: işıq keçirməyən bir qutu, obyektiv olan yerdə kiçik bir dəlik və işığın öz izini buraxa biləcəyi səth. Kamera obscura fotoqrafiyadan əsrlər əvvəl mövcud olub, lakin onun prinsipi dəyişməz qalıb. Linzalar, elektronika və avtomatlaşdırma olmadan geriyə yalnız işıq, zaman və kameranın arxasındakı insanın səbirli gözləməsi qalır. Camera Out of Nothing bu sadəliyi məhdudiyyət kimi deyil, bir metod kimi qəbul edən Azərbaycan və ABŞ-dan olan sənətkarları bir araya gətirir.
Anilik və sürətin üzərində formalaşan bir mədəniyyətdə, zaman tələb edən proseslər qeyri-adi, səmərəsiz və ya hətta lazımsız görünə bilər. Saniyələr içində saysız-hesabsız görüntü əmələ gətirən və yayımlayan cihazlarla əhatələnmiş vəziyyətdə — diqqət, gözləmə və yaratma ilə münasibətimizin necə dəyişdiyini düşünməyə dəvət edirik. Görüntülərin bolluğu çox vaxt onları keçici və dəyərsizləşən edir.
Pinhol fotoqrafiya fərqli bir yanaşma təklif edir. Optika, kimya, fizika və insan təcrübəsinin tarixi kəsişməsindən yaranaraq ani nəticə əldə etməyə müqavimət göstərir. Bir görüntünün yaranması günlər, hətta aylar çəkə bilər. Onun nəticəsi əvvəlcədən tam proqnozlaşdırıla və ya dərhal nəzərdən keçirmək qeyri-mümkündür. Fotoqraf şəraiti yaradır, lakin nəticəni tam idarə etmir. Hər bir görüntü kiçik bir kəşfə çevrilir və çox vaxt ekspozisiya anında diqqətdən yayınan teksturaları, hərəkətləri və zaman izlərini üzə çıxarır.
Bu sərgidə təqdim olunan işlər tamaşaçıları fotoqrafiyaya nəticə kimi deyil, proses kimi baxmağa dəvət edir. Divarlardakı çaplar sadəcə çəkilməyib; onlar səbir, kimya və zamanın vəhdəti ilə, qaranlıqda əllə ərsəyə gətirilib. Fotoqrafiyanın ən erkən formalarından birinə qayıdaraq iştirakçı rəssamlar xatırladırlar ki, dəyər hər zaman sürət və dəqiqlikdə deyil. Bəzən ən mənalı görüntülər və həyat təcrübələrinin məhz qeyri-müəyyənlikdən, diqqətdən və gözləməyə hazır olmaqdan yaranır.
Bu, Bakı Fotoqrafiya Mərkəzinin ilk ictimai sərgisidir. Camera Out of Nothing sərgisində ABŞ-dan olan görkəmli rəssamların işləri uzunmüddətli praktikanın nəticəsidir: Edward Levinson-un Tokio şəhərində illər boyu yaşayıb işləyərkən çəkdiyi Yapon şəhərləri, Jeff McConnell-in tarixi VanDyke prosesində çap edilmiş etiraz fotoşəkilləri və Stefan Killen-in Nyu-Yorkdakı təsvirləri — pinhole kamerası vasitəsi ilə otuz il ərzində eyni şəhərə baxış.
Yerli fotoqraflar Kamil Guliyev tərəfindən Bakı Fotoqrafiya Mərkəzində keçirilən seminar çərçivəsində özləri hazırladıqları pinhole kameralarla yaradılmış işlərini təqdim edirlər. Onların fotoları pinhole fotoqrafiyanı bir metod kimi araşdırır.
Kürator: Kamil Guliev
5–14 iyun 2026
Baku Center of Photography Rostropoviç küçəsi 14, Bakı
BCOP — Baku Center of Photography